BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kremlin Paşinyana yazığı gəlir”

“Gözlənildiyi kimi, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana yazığı gəlir, o ancaq Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək sənədə imza ata bilər, başqasını biz qəbul edə bilmərik. Paşinyanın belə bir sənədi indiki vəziyyətində imzalanması ölkəsində onun siyasi fəaliyyətinin sonunu gətirər. Bunu isə hələ ki, Kreml istəmir. Moskva Paşinyana onun imzaladığı sənədləri yerinə yetirməsini istəyir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanat imzalanıb: “4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir. Bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perpektivi dumanlıdır”.

 

“Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədi: “Təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır”.  Birincisi, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi Azərbaycan prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər” deyən politoloqun sözlərinə görə, Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər: “O Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi...”

Tarix: 11 Yanvar 2021, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin