BURADA REKLAMINIZ OLA
BİLƏR

“2021-ci il həm də keçmiş SSRİ məkanının yenidən bölüşdürülməsi ili olacaq” – Aslan İsmayılov

“Rusiya Prezidenti Vladimir Putin ABŞ-da hakimiyyət dəyişikliyi yekunlaşana qədər regionda maksimum öz maraqlarını həyata keçirməyə tələsir. Məqsəd isə ilk növbədə öz hərbçilərinin Dağlıq Qarabağda möhkəmlənməsinin bazasını yaratmaq, iqtisadi maraqlarını təmin edəcək kommunikasiyaların çəkilməsini tezləşdirmək, Türkiyəni bu münaqişənin həllindən kənarda saxlamaq və Dağlıq Qarabağ probleminin tam həllini ertələməklə yenidən Minsk Qrupu vasitəsi ilə müddətsiz uzatmaqdır. Bəlli idi ki, Rusiya istəsə belə, dünya güclərinin iştirakı olmadan Dağlıq Qarabağ problemini birdəfəlik həll edə bilməzdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov hesab edir ki, bu görüş həm də Nikol Paşinyanın hakimiyyətdə qalacağına, Dağlıq Qarabağ probleminin həllində əsas maneə olan müharibə partiyasının uduzacağına bir işarə olub: “Kommunikasiyaların açılması barədə söhbətlər blokadadan əziyyət çəkən Ermənistan əhalisi üçün çox cəlbedicidir. Ən əsası isə Azərbaycandakı Rusiya sülhməramlılarının qanuni statusu hələ də müəyyən olunmayıb. Bundan sonra istənilən sayda danışıqlar, vaxt bizim xeyrimizədir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN-nin görüşlərini də təsadüfi saymıram. Ona görə də ilk dəfədir ki, danışıqlara qalib kimi qatılan Azərbaycan hakimiyyəti 44 günlük müharibədə qazandıqlarını qorumaq üçün təxirəsalmadan azad olunmuş ərazilərdə hərbi hissələrini yerləşdirməli, inzibati idarəetmə strukturlarını yaratmalı, erməni tərəfinin işğal olunmuş ərazilərdə törətdikləri vəhşilikləri, dağıntıları, münaqişə yarananadək həmin ərazilərdə yaşamış ermənilərə loyallığını, onların təhlükəsizliyinin qarantı olduqlarını bütün dünyaya nümayiş etdirməlidir. Ən əsası isə ölkədə yaranmış Milli Birliyi, stabilliyi qorumaqdır. Bir daha təkrar edirəm ki, müharibə bitsə də mübarizə irəlidədir. Yüz illər boyu bütün dünyanın, xüsusilə Rusiya və İran imperiyalarının yaratdığı Qarabağ düyünün qısa müddətdə həll ediləcəyini gözləyənlər səhv edirlər.

Hamı başa düşməlidir ki, 2021-ci il həm də keçmiş SSRİ məkanının yenidən bölüşdürülməsi ili olacaq”.

Tarix: 11 Yanvar 2021, 22:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin