BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəyanatda kommunikasiyaların açılması üçün dəqiq qrafikin müəyyən edilməsi ölkəmiz üçün mühüm önəm kəsb edir" - Deputat

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalan Bəyanat regionda əbədi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır.


Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Moskvada imzalanan Bəyanatın ölkəmiz üçün əhəmiyyətinə gəlincə deputat bildirib ki, məlum olduğu kimi Azərbaycan işğalçı Ermənistan üçün kapitulyasiya aktı kimi dəyərləndirilən və 2020-ci ilin 10 noyabrında imzalanan bəyanatının dəqiqliklə icrasını tələb edib:

"Bu baxımdan 2021-ci il yanvarın 10-da Rusiya paytaxtında imzalanan Bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Daha dəqiq desək, Moskva Bəyanatı 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin ardıcıllıqla həyata keçirilməsini özündə əks etdirir".

V.İskəndərov qeyd edib ki, Bəyanatda kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi də ölkəmiz üçün mühüm önəm kəsb edir:

"Çünki məhz bu konteksdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR i birləşdirəcək koridorun təmin edilməsi üçün lazımi tədbirlər görüləcək. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub. Dövlət başçısı bəyan edib ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi.

Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar".

 

Trend

Tarix: 11 Yanvar 2021, 23:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin