“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüş 2020-ci il 10 noyabr bəyanatının davamı kimi qiymətləndirilməlidir. Görüşdən sonra imzalanan bəyanatda Azərbaycanın əleyhinə hər hansı söz tapmaq mümkün deyil. Bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyasının açılmasını nəzərdə tutur. Bu, mühüm məsələdir, Ermənistan da faydalana bilər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, bu bəndin icrası Azərbaycanın Naxçıvana yolunun açılması deməkdir: “Naxçıvan vasitəsilə Türkiyəyə getmək daha da asanlaşacaq. Hətta Rusiya Mehri və Naxçıvan yolu ilə Aralıq dənizinə qədər çıxa bilər. Bu, böyük canlanmadır və Azərbaycanın mənafeyinə uyğundur. Paşinyan görüş zamanı səsləndirdi ki, status, əsir və girovların qaytarılması məsələsini həll edə bilməyib. Azərbaycan Prezidenti İlham Əliyev öncədən bəyan etmişdi ki, tutulan 62 nəfərdən ibarət dəstə əsir sayıla bilməz, diversantdırlar. Paşinyan şərt qoyurdu ki, tutulanlar geri qaytarılmazsa, kommunikasiyaların açılmasına razı olmayacaq. Amma o, bu istəyinə nail ola bilmədi. Ən mühüm məsələ ikitərəfli görüşlər idi. Doğrudur, detalları tam açıqlanmayıb, ümumi məlumat belədir, daha çox iqtisadi məsələlər önə çəkilib. Dövlət başçımız bu görüşlərə hazırlıq müddətində bildirmişdi ki, Rusiya sülhməramlı kontingenti onlara aid olmayan funksiyaları həyata keçirirlər. Azərbaycan sülhməramlıların humanitar aksiyalarına razılıq verməmişdi, amma humanizm baxımından imkan verdi. Şübhəsiz ki, görüşdə sülhməramlıların fəaliyyəti, Azərbaycanın sərhədlərinin möhkəmləndirilməsi müzakirə edilib. İstisna etmirəm ki, gömrük postlarının Azərbaycan tərəfindən qorunması məsələsinə də toxunulub. Müzakirələrin detalları növbəti mərhələdə bilinəcək, çünki elan olunmayan məsələlər var. Ermənilərin Paşinyanı Moskvaya buraxmaması cəhdi, onun görüşdən narazı qalması göstərir ki, Azərbaycan istəyinə nail olub. Təbii ki, bu məsələlərdə Rusiyanı nəzərə almamaq mümkün deyil. Yaxın vaxtlarda Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atıldığını görəcəyik”.
Deputat Azərbaycan müxalifətinin tənqidlərinə cavab verib: “Müxalifət özü də yaxşı bilir ki, sülhməramlılar və erməni silahlıları ilə bağlı müzakirələr aparılıb. Açıqlanmaması diplomatik münasibətlərdən irəli gəlir. Açıq deyək ki, Azərbaycan tərəfi diplomatik, qıcıq yaratmayan məsələlər ortaya qoyur, məxfi danışıqların xeyrini görürük. Azərbaycan Ali Baş Komandanı deyir ki, mənə güvənin, nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Rusiyanın moderatorluğu ilə görüşün keçirilməsi mühümdür. Elə məsələlər var ki, elan olunmayıb. Elan olunsaydı, gərək Ermənistanın baş naziri ölkəsinə qayıtmayaydı. Bizim üçün lazımdır ki, iş görülsün. İnanıram ki, müvəffəqiyyətlər var”.
Cavid
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
27 Mart 13:34
27 Mart 13:23
27 Mart 13:16
27 Mart 12:53
27 Mart 12:40
27 Mart 12:27
27 Mart 12:24
27 Mart 12:23
27 Mart 12:20
27 Mart 12:18
27 Mart 12:14
27 Mart 12:05
27 Mart 11:54
27 Mart 11:52
27 Mart 11:50
27 Mart 11:42
Ən son xəbərləri səhifəmizdən də izləyin