BURADA REKLAMINIZ OLA
BİLƏR

“Moskva razılaşması yalnız Azərbaycanın maraqlarına uyğundur” - Marukyan

“Mümkün olan bütün hakimiyyətyönümlü KİV vasitəsilə böyük sevinclə yeni razılaşma ilə Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağı təqdim olunurdu”.

 

Pravda.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan feysbuk səhifəsində yazıb.

 

“Bununla belə, erməni xalqının bu görüşdən yalnız bir gözləntisi var idi – hərbi əsirlərin qısa zamanda qaytarılması barədə razılaşma. Ancaq bu baş vermədi”, - o qeyd edib.

 

Deputatın fikrincə, Moskvada imzalanan yeni razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur. O qeyd edib ki, müzakirə yenə rəsmi Bakının gündəliyi çərçivəsində aparılıb.Report

 

 

 

Tarix: 12 Yanvar 2021, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin