BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rəmiş”dən xəbər var

“Allaha şükür Rəmiş özünü normal hiss edir. Düzdür, bir az narahatlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib.

 

O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir:

 

“Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Vəziyyəti elə də ağır deyil. Yaşlı insandır, xəstələnə bilər. Bu, normaldır”.

 

Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda iddialar yayılıb.News24.az

Tarix: 12 Yanvar 2021, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin