Paşinyanın arvadı və qızı ilə bağlı sensasion iddia

Ermənistan baş naziri Nikol Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığı alacaq.

 

Pravda.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətdə olan mənbə baş nazirin arvadı Anna Akopyan və qızı Mariam Akopyanın  yanvarın 14-də Moskvaya gizli səfər edəcəyini bildirib.

 

Tam gizli saxlanılan səfər Paşinyanın ailə üzvlərinin Rusiya pasportu almasına hesablanıb.

 

Belə ki, Qarabağdakı sarsıdıcı məğlubiyyətdən sonra ciddi reytinq itirən Paşinyan özünün və ailə üzvlərinin təqib edilməsindən qorxur. 

 

Modern.az

Tarix: 12 Yanvar 2021, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin