BURADA REKLAMINIZ OLA
BİLƏR

Gizli fəaliyyət göstərən çayxana cərimələndi

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

 

Obyekt sahibi - Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Tarix: 12 Yanvar 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin