Azərbaycanda avtomobil körpüdən aşdı, ölən və xəsarət alanlar var - FOTO

Bu gün saat 15:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-qəzası baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

 

 Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidov idarə etdiyi “Mercedes-bens” markalı 08 BJ 781 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobil körpüdən aşıb.

 

Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Sürücü R.Məcidov və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.APA

Fotoları təqdim edirik
Tarix: 12 Yanvar 2021, 21:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin