Ermənistanda itkin düşən hərbçinin atası tutuldu

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları itkin düşən hərbçinin atası Q.V.-ni tutublar.

 

Pravda.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

 

Bildirilib ki, Kotayk vilayəti sakini Q.V. yanvarın 10-da idarə etdiyi “VAZ-2107” markalı avtomobili Ermənistan Müdafiə Nazirliyi administrasiyasının yerləşdiyi binanın darvazasına qəsdən çırpıb. Ermənistan İstintaq Komitəsi fakt üzrə qanunsuz olaraq hərbi hissə ərazisinə daxil olmaq, xuliqanlıq maddələri üzrə cinayət işi başlayıb.

 

Report

Tarix: 12 Yanvar 2021, 21:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin