Koronavirusla bağlı açıqlama: 10 il sonra...

Hazırda insanlar arasında xüsusi “gərginlik və ruhi sarsıntıya” səbəb olan ən əsas səbəblərdən biri, COVİD-19-un müxtəlif ölkələrdə yeni mutant ştammlarının aşkarlanması haqqında söylənilən fikirlərdir. Bəzi mənbələrdə İngiltərədə, bəzilərində isə Cənubi Afrikada aşkarlandığı söylənilən fərqli mutantların patoloji fəallığı və RO indeksinin COVİD-19-dan 70-90% yüksək olduğu, hətta atrıq bəzi ölkələrə yayıldığı da iddia olunur.

 

COVİD-19 tərkibinə 30 min nukleokapsid daxil olan ən uzun RNT genomuna malik virus olduğundan, onun 100-lərlə yox, hətta 1000-lərlə mutasiyası ola bilər. Lakin bu mutasiyalar zamanı əmələ gələn ştammların nukleokapsidlərinin kəmiyyət və keyfiyyət tərkibi mütləq mənada əks, yəni azalmağa doğru getməlidir və gedir. Bu səbəbdən onların patoloji fəallığı xələfindən yüksək ola bilməz. Xatırlatmaq istəyirəm ki, Təbabətdə Mütləq və Hakim bir qanun vardır: İstənilən xəstəlik və ya virus infeksiyasına yoluxma, onun proqnozu və müalicəsinə münasibətdə həlledici rolu cinsi, etnik, irqi xüsusiyyətlər, coğrafi ərazi, eləcə də fəsli dəyişikliklər, hətta ğündəlik bioritmlərdə (sutka ərzində zaman vaxtının dəyişməsinə görə) törənən dəyişikliklər son dərəcə həlledici rol oynayır. Odur ki, istənilən infeksiyanın dəyərləndirilməsi zamanı, “Xronoloji qanunauyğunluq” adlandırılan bu proseslərə (məsələn, təkcə bir sutka ərzində  orqanizmdə 300-dən artıq fizioloji proseslərdə fərqli aktivlik müşahidə olunur) mütləq mənada istinad edilməlidir. Başqa sözlə desək, COVİD-19 bir ölkədə bir, digərində başqa, o birində isə tamamilə fərdli klinik əlamətlərlə keçə bilər. Və yaxud bir insan populyasiyasında letallığı yüksək, digərində zəif, o birində isə nisbi ola bilər. Eləcə də söylədiyim fərqliliyə uygun olaraq, mutasiya serotipləri nukleotid ardıcıllığına görə fərqlilik göstərə bilər. Lakin bu heç bir halda aqressiv mutant ştammın əmələ gəlməsi kimi qəbul olunmamalı və bu şəkildə ictimailəşdirilməməlidir.

 

Başqa sözlə desək, COVİD-19-un mutasiyası mütləqdir, fərqliliyi də söylədiyim səbəblərdəndir. Lakin bilmək və insanlara izah etmək lazımdır ki, bu mutasiyalar yeganə olaraq virusun orqanizmlə simbioz yaşamasına xidmət edir. Yəni bu mutasiyalar heç bir halda daha aqressiv virus ştammının əmələ gəlməsinə xidmət edə bilməz. Bu mutasiyalar yalnız bələdləşmə və uyğunlaşma mutasiyasıdır. COVİD-19 reproduksiya zamanı mutasiyaya məruz qalması, genom ardıcıllığında mütləq şəkildə aminturşu itirməklə, sələfindən letallığa doğru nisbi fərqlilik göstərən subtipinin yaranması halı kimi başa düşülməlidir.

 

Retrovirusların reproduksiyası zamanı müşahidə olunan bu hala, çox vaxt RNT-nin letallıq (letalis -ölümcüllük, ölüm deməkdir) mutasiyası deyilir.

 

Bilmək lazımdır ki, viruslar “obliqat”, mikrocanlılardır və bu səbəbdən də heç bir halda yoluxdurduğu hüceyrəni məhv etmək istəmir. Əks halda o, özü də məhv olur. Odur ki, virus qonaq olduğu hüceyrəyə uyğunlaşmaq, onunla birgə yaşamaq üçün dəyişikliyə məruz qalır. Bu mütləqdir və ümumi yaşam qanunudur. Bunu “aqressiv”  ya “qatil” mutantın əmələ gəlməsi kimi təqdim edib, onsuz da dərin maddi, mənəvi və ruhi sarsıntı içərisində çırpınan insanları qorxutmaq sadəcə günahdır, özü də indiki, bu halda bağışlanılmaz günah. Məgər insanların artıq bir ilə yaxındır ki, çəkdiyi əzablar,  düşdüyü ümüdsüz vəziyyət, dünyanı idarə edən və ümumi sayı üç rəqəmli olan Alilərdən başqa, Bizim hər birimizin- bütün insanlığın faciəsi deyilmi. Axı bu zülmə artıq dözmək mümkün deyildir. Odur ki, hansısa bir ölkədə nə məqsədlə deyildiyi qaranlıq və naməlum olan fikirlərin təhlil və təbliği yolverilməzdir.

 

Bundan başqa, bir daha bildirirəm ki, COVİD-19-un digər- istər Qərb, İstətsə də Yeni Qitə ölkələrində yayılmasına xidmət edən əksər faktorlar ölkəmizə yaddır. Ölkəmizdə əksər insanlar hətta adi, gündəlik dini ayinlərin icrası zaman belə (məsələn, namaz qılarkən) mütləq qanun kimi, düz beş dəfə gigiyenik vərdişlərə əməl edirlər. Odur ki, COVİD-19 ölkə və xalqımız üçün qorxulu kabus deyildir və ola da bilməz.

 

Digər tərəfdən, COVİD-19-un özündən  daha qorxulu və ağır mutasiyası, bu infeksiya tamamilə sönəndən yalnız 10 il sonra ola bilər; hazırda yaranan ünsiyyət formalarına, eləcə də tibbin 10 ildən sonrakı inkişaf səviyyəsinə istinad edərək, qətiyyətlə söyləyə bilərəm ki, belə bir qorxulu mutasiya bir də heç bir vaxt olmayacaq.

 

Musa Qəniyev

 

Professor

 

Tarix: 13 Yanvar 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin