BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu xəstəxana odunla qızdırılır?

Ucar rayon Mərkəzi Xəstəxanası maraqlı tender elanının nəticəsi olaraq müqavilə imzalayıb.

Pravda.az xəbər verir ki, “Ucar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs odun yanacağının alınması haqda tenderə yekun vurub. Digər maraqlı məqam isə ondan ibarətdir ki, ümumi dəyəri  100 10 AZN olan tenderin qalibinin adı açıqlanmayıb. 

XXI əsrdə, hətta ucqar rayonlarda belə odun yanağaından nadir hallarda istifadə edildiyi bir dövrdə Ucar Xəstəxanasının odunu hansı məqsədlə aldığı suallar yaradır... 

Onu da qeyd edək ki, sözügedən xəstəxananın müasir tələblərə cavab verən binası 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Fotoları təqdim edirik
Tarix: 13 Yanvar 2021, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin