BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkədən Rusiyanı çıxarmaq üçün Kəlbəcəri ermənilərə verdilər – SENSASİON AÇIQLAMA

“O zaman ən böyük səhv Rəhim Qazıyevin Azərbaycanın Müdafiə naziri təyin olunması idi. Şuşanın, Laçının getməsinin, Xocalıda baş verənlərin məsuliyyəti bunların üzərindədir. İndi Kəlbəcər məsələsini etiraf edirlər. “Azərbaycan” qəzetinin 1993-cü il aprelin 4-də çıxan sayına baxsınlar. Orada bir müsahibə dərc olunub. Deyilir ki, Ermənistanda demokratlar hakimiyyətdədir, yıxılmamaları üçün Kəlbəcəri verməliyik. Bir dövlətin yetkilisi bu cür danışırsa, dövlətçilikdən söhbət gedə bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev “Yeni TV”nin canlı yayımında deyib.

 

C.Nuriyev bildirib ki, onlar Kəlbəcəri ermənilərə veriblər: “Amerikaya lazım idi ki, Azərbaycana daxil olsun, Rusiya çıxarılsın. Rusiyanı çıxarmaq üçün Kəlbəcəri vermək lazım idi. Bəli, razılaşdılar, verdilər. Sonra da ATƏT-in həmsədrlərinin qəbuluna getdilər. Hansı ağlı olan siyasətçi erməni diasporunun güclü olduğu üç ölkədən birini seçər? Bunlar necə türkçü idilər? Necə Turan qurmaqdan danışırdılar? Bunlar siyasi cəhətdən yetkin deyildilər. Demirəm, bilərəkdən etdilər. Bunların etdikləri səhvləri müharibə yolu ilə həll etdik”.

 

Tarix: 13 Yanvar 2021, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin