BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyevə qılınc hədiyyə edildi - "Biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var”

Yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsini təqdim edib.

 

Pravda.az xəbər verir ki, görüş çərçivəsində dövlət başçısı Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə xatirə şəkili çəkdirib.

 

Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

 

Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var.

 

Prezident İlham Əliyev: Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Tarix: 13 Yanvar 2021, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin