BURADA REKLAMINIZ OLA
BİLƏR

"İşğaldan azad edilmiş ərazilərdə əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük" - ICESCO-nun Baş direktoru

“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

 

Baş direktor bildirib ki, bu, bəşəriyyət əleyhinə cinayətdir: “Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı”.

 

Tarix: 13 Yanvar 2021, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin