Qarabağda erməni minaya düşərək öldü

Azərbaycanın Qarabağ bölgəsində erməni minaya düşərək ölüb.

Pravda.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Tərtər rayonunun Ağdərə qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, M.M. adlı erməni ekskavatorla iş görən zaman partlayış baş verib. Nəticədə o, müxtəlif dərəcəli yanıqdan hadisə yerində ölüb.Report

Tarix: 13 Yanvar 2021, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin