BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mənə kimsə FETO damğası vura bilməz" - Mübariz Mənsimov ifadə verdi



Türkiyədə həbsdə olan “Palmali” şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu gün keçirilən məhkəmə prosesində ifadə verib.


Pravda.az-ın xəbərinə görə, M.Mənsimov ifadəsində günahsız olduğunu qeyd edib:
"Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdir. Men heç bir zaman FETO-çu olmadım, deyiləm, ola da bilmərəm. Azad olunmağımı istəyirəm. Mən heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etməmişəm. Tam əksimə bütün şirkətlərimi bağlayıb Türkiyəyə gətirdim. Mənim burda 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada olan azərbaycanlı və türklərdir. "Palmali"nin iflas etməsi türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada gedən şirkətlərdən biri idi. Bu bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim. Mənə FETO damğası kimsə vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim etmərəm də. Elə olsaydı bu günə qədər məktəb, xəstəxanaları hansısa quruma və ya bu təşkialata hədiyyə edərdim. Mən bütün hamısını inşa etdirdim və dövlətə təslim etdim".

Tarix: 13 Yanvar 2021, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin