BURADA REKLAMINIZ OLA
BİLƏR

Fədayə: “Mən heç vaxt ad davası etmərəm“

Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğluna söz atıb.

Pravda.az xəbər verir ki, izləyicisinin fəxri adlarla bağlı ünvanladığı suala ifaçı belə cavab verib:

"Mən bunu hardan bilə bilərəm ki? Qismət deyək. Güman edirəm ki, verərlər. Çünki mənim adım Fədayədir, bu hələki bəs edir. Qaldı ki, ad məsələsinə, bu da müğənniyə bir stimul verir. Məndən yaş və sənətcə böyük həmkarlarım hələ ad almayıblar. Ancaq mən heç vaxt ad davası etmərəm. Verməsələr belə, səsimi çıxarmaram ki, niyə mənə ad vermirsiniz?”.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Tacir Şahmalıoğlu Xalq artisti adı almaq üçün Prezidentə videomüraciət etmişdi.

Tarix: 13 Yanvar 2021, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin