Müdafiə Nazirliyi: Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb

Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

 

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

 

“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”, - o vurğulayıb.

Tarix: 13 Yanvar 2021, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin