“Azərbaycan bölgədə barışı qoruyacaq və işğaldan azad etdiyi torpaqlara rifah gətirəcək”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar tarixində Moskvada keçirilmiş görüşünü yaxından izləyirik.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

 

“Azərbaycanın bölgədə barış və istiqrarı qoruyacağına və işğaldan azad etdiyi torpaqlara rifah gətirəcəyini bilirik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Tarix: 13 Yanvar 2021, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin