BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan görəndə ki, biz məğlub oluruq, yenə də...”

Müxalifətin Ermənistanın baş naziri vəzifəsinə vahid namizədi olan Vazgen Manukyan “RBK”ya verdiyi müsahibəsində Dağlıq Qarabağdakı son müharibə zamanı məğlubiyyətin səbəblərini izah edib.

 

Pravda.az xəbər verir ki, Manukyan məğlubiyyətin əsas səbəbinin Baş nazir Nikol Paşinyanın qeyri-peşəkarlığı olduğunu söyləyib.

 

Onun sözlərinə görə, hökumətin hazırkı başçısı Nikol Paşinyanın qarşıdurmanın qarşısını almaq və ya əsas mövqeləri qoruyub saxlamaq fürsəti olmasına baxmayaraq, cəbhədə baş verənləri yaxşı başa düşməyib:

 

“Rəngli inqilablar” dalğası ilə hakimiyyətə daha çox səriştəsiz insanlar gəlir, onlar hökumətə rəhbərlik etməyə hazır deyillər. Paşinyan cəmiyyəti “köhnə” və “yeni” olaraq bölüb, o, cəmiyyəti parçaladı”.

 

Teleqraf

Tarix: 14 Yanvar 2021, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin