"Kimsə maaşından “YAŞAT” fonduna ianə etmək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm"

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə “Azərkimya” İstehsalat Birliyinin işçiləri əmək haqqlarının 10%-ni “YAŞAT” fonduna köçürüb.

 

Pravda.az xəbər verir ki, Həmkarlar İttifaqının sədri Cahangir Əliyev deyib ki, maaşlardan 10%-lik hissənin fonda köçürülməsini onlar qərarlaşdırıb: “Elə qurumlar var ki, bir ayıq əmək haqqını “YAŞAT” fonduna keçirir. Biz isə 10 faiz qərarlaşdırdıq. Bizdə təqribən, əlli min işçi var və hər bir işçidən “Nə qədər ianə edə bilərsən?” -deyə soruşa bilmərik, belə bir mexanizm yoxdur. Məsələnin kütləvi və  operativ şəkildə həll olunması üçün bu yola əl atdıq. Maaşlardan fonda köçürülən ianənin məbləği işçinin tutduğu vəzifədən asılı olmayaraq eynidir. 10 faizdən aşağı olsa, onda ianə etməyək də  Biz Qarabağ müharibəsi iştirakçılarını və az təminatlı ailələri bu qərardan kənarda tutmuşuq. Amma yenə də kimsə ianə etmək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm, pul vermək istəmirəm. Hansısa işçi buna etiraz edirsə, mənimlə danışsın. Biz də araşdırarıq ki,  burada hansı prinsipi pozmuşuq.”

 

Mikroskop

 

Tarix: 14 Yanvar 2021, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin