Azərbaycanlı yazıçı Norveç Yazıçılar Birliyinin üzvü oldu

Azərbaycanlı yazıçı Günel Mövlud Norveç Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə G.Mövlud özü məlumat verib.

 

"Norveç Yazıçılar Birliyi müraciətimi gözdən keçirdi, yazar fəaliyyətimi incələdi və bu gündən mən Birliyin üzvüyəm. Bu, o deməkdir ki, yazar kimi bütün hüquqlarım NYB tərəfindən qorunacaq! Çox uzun çəkdi amma oldu!" - G.Mövlud bildirib.

Tarix: 14 Yanvar 2021, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin