BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin   minalardan və partlamamış döyüş susrsatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir.   Bu günədək xeyli sayda minalar və partlamamış döyüş susrsatları ərazilərdən toplanıb.

 

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Tarix: 14 Yanvar 2021, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin