“Əziz Azərbaycan xalqı, Mən hal hazırda Efiopiyadayam. Buraya “Bay Construction” şirkəti tərəfindən gətirilmişik. Bizi buraya alçipan işi üçün dəvət ediblər, iş ən tez 3-5 aya başlayacaq. 15 gündür ki, burdayıq, nə gördüyümüz işin pulunu ala bilirik, nə də bizi evə yola salırlar”.
Pravda.az xəbər verir ki, bu sözləri sosial şəbəkə istifadəçisi olan həmyerlimiz Mehman Mustafayev “Facebook” hesabında yazıb.
O, şirkət tərəfindən istismar edildiklərini vurğulayıb:
“Bu şirkət bizi kölə qiymətinə işlətməyə çalışır, razı düşmədiyimizə görə hətta bizə yemək də vermirlər. Bizi buraya turist vizası ilə gətiriblər, heç müqavilə də bağlamayıblar. Bir sözlə adam dəllallığı ilə məşğuldurlar. Şirkətin nümayəndəsinin adı İlham Nəsirovdur”.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Mehman Mustafayev hazırda Efiopiyada 6 nəfər olduqlarını diqqətə çatdırıb:
"Zaqataladanıq. Bizi buraya gətirən şirkət Türkiyədə yerləşir. İlham Nəsirov da Türkiyə vətəndaşıdır. Hal-hazırda həmin şəxs özü də Efiopiyanın Bahır-Dar şəhərindədir. Bizə 1500 dollar maaş vəd etmişdilər. Bura çatdıqdan sonra bir həftə ərzində işçi vizası düzəldəcəklər dedilər. Nə işçi vizası düzəldiblər, nə də dedikləri pulu veriblər. Binanın içindəki söküntü işləri hələ bitməyib. Şirkətin nümayəndəsi burda olmadığına görə bizə, “O, gələnə qədər başqa işləri görün, İlham Nəsirov gəldikdə məsələnin danışıb həll edərsiniz”, - dedilər. Biz 15 gün işlədik, İlham Nəsirov gəldi və onun dediyi qiymətlər kölə haqqıdır. Divar hörmək 3 AZN, beton tökmək 1,5 AZN, boya və sıva işləri birlikdə 2 AZN-dır. Ən əsası isə bu işlərin başlamasına hələ bir neçə ay var. Ona qədər biz söküntü işləri ilə məşğul olmalıyıq, söküntü işlərinin qiyməti isə heç yerdə yazılmayıb. Biz narazılığımızı bildirdik və işləməyimizi dayandırdıq. İlham Nəsirov aşçılara bizə yemək bişirməməyə göstəriş verib. Burada türk şirkətinin nümayəndələri var, iki gündür bizə yeməyi türklər öz pulları ilə alırlar. “İlham Nəsirova biz bu şərtlərlə işləməyə razı deyilik, bizim yol pulumuzu verin gedək”,- dediyimizdə, “Özünüz necə istəyirsiz elə də gedin”,- dedi. Bu 15 gün əziyyətlə işlədiyimiz işlərin zəhmət haqqını da vermək istəmir”.
20 Aprel 12:29
20 Aprel 12:21
20 Aprel 12:20
20 Aprel 12:17
20 Aprel 11:58
20 Aprel 11:57
20 Aprel 11:33
20 Aprel 11:31
20 Aprel 11:25
20 Aprel 11:19
20 Aprel 11:17
20 Aprel 11:14
20 Aprel 11:12
20 Aprel 11:11
20 Aprel 11:09
20 Aprel 11:08
20 Aprel 11:07
20 Aprel 11:05
20 Aprel 11:02
20 Aprel 11:00
20 Aprel 10:59
20 Aprel 10:42
20 Aprel 10:40
20 Aprel 09:53
20 Aprel 09:42
20 Aprel 09:02
20 Aprel 09:00
20 Aprel 08:59
20 Aprel 08:56
20 Aprel 08:54
20 Aprel 08:52
20 Aprel 08:50
20 Aprel 08:49
20 Aprel 08:47
20 Aprel 08:46
20 Aprel 08:44
20 Aprel 08:41
20 Aprel 08:37
20 Aprel 08:34
20 Aprel 08:31
20 Aprel 08:27
20 Aprel 01:09
19 Aprel 23:57
19 Aprel 23:54
19 Aprel 23:09
19 Aprel 22:37
19 Aprel 22:29
19 Aprel 22:19
19 Aprel 21:59
19 Aprel 21:49
19 Aprel 21:47
19 Aprel 21:44
19 Aprel 21:41
19 Aprel 21:39
19 Aprel 21:37
19 Aprel 19:52
19 Aprel 19:40
19 Aprel 19:38
19 Aprel 19:37
19 Aprel 19:35
19 Aprel 19:33
19 Aprel 19:32
19 Aprel 19:30
19 Aprel 19:17
19 Aprel 19:15
19 Aprel 19:13
19 Aprel 19:12
19 Aprel 19:08
19 Aprel 19:06
19 Aprel 18:55
19 Aprel 18:52
19 Aprel 18:39
19 Aprel 18:36
19 Aprel 18:09
19 Aprel 17:56
19 Aprel 17:52
19 Aprel 17:50
19 Aprel 17:33
19 Aprel 17:15
19 Aprel 17:02
19 Aprel 16:59
19 Aprel 16:40
19 Aprel 16:35
19 Aprel 16:30
19 Aprel 16:12
19 Aprel 16:06
19 Aprel 15:52
19 Aprel 15:46
19 Aprel 15:33
19 Aprel 15:23
19 Aprel 15:17
19 Aprel 15:12
19 Aprel 15:09
19 Aprel 14:59
19 Aprel 14:39
19 Aprel 14:25
19 Aprel 13:59
19 Aprel 13:56
19 Aprel 13:47
19 Aprel 13:45
19 Aprel 13:34
19 Aprel 13:30
19 Aprel 13:28
19 Aprel 13:11
19 Aprel 13:07
19 Aprel 13:01
19 Aprel 12:59
19 Aprel 12:56
19 Aprel 12:42
19 Aprel 12:38
19 Aprel 12:17
19 Aprel 12:15
19 Aprel 12:14
19 Aprel 12:11
19 Aprel 12:06
19 Aprel 11:43
19 Aprel 11:37
19 Aprel 11:06
19 Aprel 10:14
19 Aprel 09:56
19 Aprel 09:49
19 Aprel 09:44
19 Aprel 09:41
19 Aprel 09:39
19 Aprel 09:37
19 Aprel 09:32
19 Aprel 09:27
19 Aprel 09:20
19 Aprel 09:14
19 Aprel 09:11
19 Aprel 09:06
19 Aprel 08:59
19 Aprel 08:59
19 Aprel 08:57
19 Aprel 08:50
19 Aprel 08:26
19 Aprel 08:24
19 Aprel 08:18
19 Aprel 08:17
19 Aprel 08:14
19 Aprel 08:08
19 Aprel 08:05
19 Aprel 08:02
19 Aprel 07:30
19 Aprel 07:12
19 Aprel 06:11
19 Aprel 06:07
19 Aprel 05:57
19 Aprel 05:54
19 Aprel 05:51
Ən son xəbərləri səhifəmizdən də izləyin