BURADA REKLAMINIZ OLA
BİLƏR

Sülhməramlılarla bağlı YENİ XƏBƏR

Hərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar.

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozu xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumda deyiblər.

Vaksinasiya iki mərhələli olacaq: peyvəndin birinci komponentini yanvar ayının sonuna qədər, ikincisini isə fevralın 21-dək bütün sülhməramlılara vuracaqlar. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar

Tarix: 15 Yanvar 2021, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin