BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan Laçın dəhlizi ilə bağlı AÇIQLAMA

Laçın dəhlizində Rusiya sülhməramlı kontingenti tərəfindən patrul xidməti davam etdirilir. 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Humanitar missiya çərçivəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağlıq Qarabağdakı səfərbər edilmiş qrupunun mütəxəssisləri Laçın aşırımında növbətçi vəzifələrini davam etdirirlər. Bu günə qədər agentliyin xilasediciləri demək olar ki, 20 hadisədə yardım göstəriblər”,- deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, patrul xidməti əməliyyat qrupları tərəfindən, xüsusilə əlverişsiz hava şəraitində mümkün fövqəladə halların qarşısını almaq və aradan qaldırmaq məqsədilə aparılır. Xilasedicilər avtomobillərin boşaldılmasına və yedəklənməsinə kömək edir, həmçinin izahlı danışıqlar aparırlar.

Qeyd edək ki, Laçın nəqliyyat dəhlizi Dağlıq Qarabağa aparan əsas yoldur.

Tarix: 15 Yanvar 2021, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin