BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzuman Abdulkərimov: “Medianın İnkişafı Agentliyi icraçı direktoru Əhməd İsmayılov inqilabi addımlar atacaq”

“Bir müddət öncə, Prezident Administrasiyasında ciddi kadr islahatları aparıldı. Uzun illər ictimai-siyasi sektora cavabdeh olan şəxslər yol verdikləri nöqsanlara, dövlət başçısının etimadını doğrultmadığına görə vəzifələrindən azad edildilər. İslahatların gedişində Vüqar Səfərli də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad olundu. Azərbaycan mediasının vicdanlı simaları Vüqar Səfərlinin fəaliyyəti ilə bağlı haqlı narazılıqlar edirdilər, təpki göstərirdilər. Nəhayət, yanvarın 14-də məhkəmənin qərarı ilə Vüqar Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi, araşdırma başlandı. Bu addım cəmiyyətdə müsbət qarşılandı”.

 

Bunu Pravda.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov deyib.

 

A.Abdulkərimov qeyd edib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı çox ciddi mübarizə aparılır: “Dövlət başçısı bu məsələdə də qətiyyətli mövqe sərgiləyir. Diqqət edin, indiyədək neçə icra başçısı və digər vəzifəli şəxslər həbs edilib?! Təbii ki, bu addımlar cəmiyyətdə rəğbətlə qarşılanır. Çünki korrupsiya bir bəladır, dövlətin çökməsinə səbəb olur. Bu əməllərə yol verənlər qanun qarşısında cavab verməlidirlər. Düşünürəm, Vüqar Səfərli istintaqın gedişində verdiyi ifadələrdə də tək olmadığını bildirəcək. Onun havadaları da məlum olacaq. Belə olan halda, həmin şəxslər də qanun qarşısında cavab verəcəklər”.

 

Partiya sədrinin müavini vurğulayıb ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilməsi doğru addım idi, çünki həmin quruma Vüqar Səfərli kimi insan rəhbərlik edib: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu rüşvətlə, qaragüruhla, Vüqar Səfərli tipi ilə assosiasiya edilirdi. Amma yeni yaradılan qurum - Medianın İnkişafı Agentliyi, Agentliyin rəhbərliyinə gətirilmiş gənc kadr Əhməd İsmayılov çox ciddi, inqilabi addımlar atacaq. Əhməd İsmayılov barəsində məlumatlı şəxs kimi deyirəm ki, ona etimad etmək, güvənmək olar. Düşünürəm, Əhməd İsmayılov mətbuatın öndə gedən isimlərinin də fikirlərini nəzərə alaraq, idarəetmədə tək deyil, kollegial qərarlar verməyə üstünlük verəcək. Düşünürəm, proses KİV-in xeyrinə olacaq. Təklifim ondan ibarətdir ki, reklam bazarını mətbuatın üzünə açmaq lazımdır, belə olan halda inkişaf da olacaq. Agentliyin də görəcəyi işlərdən biri də bu olmalıdır. Çalışmaq lazımdır ki, böyük şirkətlər saytlara, ümumilikdə internet mediaya reklam verməkdən çəkinməsinlər. Əvvəllər şahidi olmuşuq ki, böyük şirkətlər, hətta dövlət qurumları reklam verməkdən çəkinirdilər. Rəhbərlikdə olan bəzi insanlar bu inkişafın qarşısını alırdı, reklam bazarının inkişaf etməsinə əngəl törədirdi”.

 

Kənan

Tarix: 15 Yanvar 2021, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin