BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov daha bir görüş keçirəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun MDB-yə üzv dövlətlərin Rusiyadakı səfirləri ilə ənənəvi görüşü keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

Onun sözlərinə görə, görüş yanvarın 21-də Moskva şəhərində baş tutacaq.

 

M. Zaxarova qeyd edib ki, görüş zamanı 2020-ci ildə postsovet məkanında inteqrasiya məsələləri, eyni zamanda siyasi, iqtisadi, mədəni-humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində çoxşaxəli əməkdaşlığın artırılması ilə bağlı gələcək addımlar müzakirə olunacaq.

 

Diplomat onu da vurğulayıb ki, görüşdə aktual beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparılacaq.

Tarix: 15 Yanvar 2021, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin