BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış şəxslər yalnız bu halda hərbi formadan istifadə edə bilərlər” - MN açıqladı

“Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər.

 

Onun sözlərinə görə, bura həmçinin, tanınmış şəxslər də aiddir: “Hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər”.

 

APA

Tarix: 15 Yanvar 2021, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin