BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirli: “Belə bir şikayəti vermək üçün siyasi iradə olmayıb”

“Azərbaycan Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət göndərib. Yaxşı edib. Yaxşı bir yana, düz edib. Düz bir yana, doğru edib. Gec edib. Bununla belə, haqqı var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

 

E.Qədirli xatırladıb ki, 1990-cı illərin sonunda, 2000-ci illərin başlağıcında bu mövzuda çox müzakirə aparılıb: “Dövlətlərarası şikayətin önəmini dövlətimizin rəsmilərinə anlatmağa çalışırdım. Onların arasında bunu anlayanlar vardı. Bununla belə, belə bir şikayəti vermək üçün siyasi iradə olmayıb. Çoxları düşünürdü ki, biz dövlət olaraq, şikayət versək, Ermənistan da qarşılıqlı şikayət verəcək. Ona görə də qaçqınların şikayətinə üstünlük verdilər. Nəticədə, "Çiraqov və başqaları..." işi baş verdi. Onun da öz yeri və önəmi var. Dövlətlərarası şikayətin müharibəni udmağımızdan sonra verməyimizin bir anlamı var, hərbi qələbədən sonra dövlətimiz özünü daha güvənli, güclü və haqlı sayır. Hərbi qələbələrin, eləcə də ordu gücünün, siyasi, mədəni, iqtisadi və hüquqi inkişafa təsiri hər zaman böyük olub (ondan istifadə edə bilənlər üçün)”.

Tarix: 17 Yanvar 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin