BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda dəhşətli hadisə: Ər arvadını boğaraq öldürdü

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

 

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 17 Yanvar 2021, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin