BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əvvəl ərzaq yardımı verilirdi, indi heç o da yoxdur" - Tanınmış aktyor

Tanınmış aktyor Allahverdi Yolçuyev müsahibə verib.

 

Pravda.az həmin müsahibəni təqdim edir:

 

- Allahverdi müəllim, necəsiz?

 

- Nə bilim, belə də... Dərmanları açıb qoymuşam qabağıma, fikirləşirəm.

 

- Pandemiya günlərini necə keçirirsiz?

 

- Heç yerə getmirəm, bütün günü evdə otururam. Bu virus həqiqətən də çox yayılıb. Dünyasını dəyişənlər çoxdur. Bu gün yanımızda olan insanlar sabah həyatdan köçür.

 

- Siz də xüsusi risk qrupuna daxilsiz..

 

- Bəli, mən parkinson xəstəliyindən əziyyət çəkirəm. Ona görə də özümü ikiqat daha çox qoruyuram. Səhər yuxudan duran kimi immunitetimi gücləndirmək üçün müəyyən təbii vasitələr və dərmanlar qəbul edib, açıq havada yürüş edirəm.

 

- Sizi yəqin ki, tək xəstəlik deyil, həm də işsizlik yorur..

 

- Bəli, doğrudur. Mən neçə illərdir ki, işləmirəm. Adama nə qədər kənardan kömək edərlər? Efirə çıxan kimi nə qədər insan zəng edir ki, sizə kömək etmək istəyirik. Sağ olsun millətimiz!  Dövlət işlə təmin etməlidir, nazirlik heç olmasa aylıq mükafat, yaxud təqaüd verməlidir. Əvvəl ərzaq yardımı verilirdi, indi heç o da yoxdur. Allah deyib durmuşuq da, görək axırımız necə olacaq? Ailədə 10 nəfərik, hamımız da evdə oturmuşuq. Dost-tanış verəndən yeyirik.

 

- Dövrünün çox məşhur aktyorusuz. Hətta bir zamanlar “Ovçu Pirim”-i. Amma bu ad sizə pul qazandırmadı.. Niyə?

 

- Nə fəxri ad verdilər, nə də maaş. Vaxtilə mən bir çox teatrlarda işləmişəm, uşaqlara aid olan “Ovçu Pirim” verilişi isə 20 il efirdə gedib. Sadəcə olaraq sonra teatrda müəyyən təmirlər oldu, işdən çıxdım. Aztv-də işlədim.. Daha sonra Satira teatrı da bağlandı, işsiz qaldım. Bir neçə teatra müraciət etdim, dedilər ki, yerimiz yoxdur, əksinə bizdə ixtisar gedir. 60 illik yubileyimi sağ olsun Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında qeyd etdi. Aktyora hörmət, diqqət lazımdır. Aktyoru təqaüdə çıxarmaq olmaz, o hər zaman səhnədə olmalıdır. O təqaüdə çıxdı, öldü eyni şeydir. Bu peşənin spesifikasını hər kəs başa düşmür. Müəllimi işdən azad edəndə gedib başqa məktəbdə çalışır. Biz aktyorları işdən çıxaranda fikirləşirik ki, taksi sürsək tanıyacaqlar, alınmır.

 

- Məcburiyyət qarşısında qalıb aktyorluqdan əlavə işlərdə çalışmısız?

 

- Xeyr, amma fikirləşmişəm. Dayanacaqda maşınlara baxa bilərəm (gülür). Övladlarım da təhsil almayıblar deyə iş tapa bilmirlər. Yəqin vaxtilə səhvlərə yol vermişik ki, indi vəziyyətdəyik.

 

Moderator.az

Tarix: 17 Yanvar 2021, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin