Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.

 

Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.

 

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

Tarix: 17 Yanvar 2021, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin