BURADA REKLAMINIZ OLA
BİLƏR

Hirkan Milli Parkında baş vermış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir - FHN

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  nazirlik tərəfindən Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

 

Tarix: 17 Yanvar 2021, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin