BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan ABŞ-la bağlı AÇIQLAMA

Rusiya ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırdır, lakin münasibətlərin kəskin şəkildə yaxşılaşacağına ümid etmir.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” proqramında bildirib.

 

“Biz hər hansı kəskin yaxşılaşma proqnozlaşdırmırıq, prinsipcə yaxşılaşma proqnozlaşdırılmır, çünki insanlar eynidir, onlar öz tezislərini dəyişməyib. Normal, qarşılıqlı hörmətə əsaslanan dialoqa açığıq”, - xanım siyasətçi deyib.

 

Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiyası yanvarın 20-də keçiriləcək.

Tarix: 17 Yanvar 2021, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin