BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “Navalnı hava limanında həbs ediləcək”

“Navalnı Rusiyadakı parlament seçkilərindən düz 8 ay əvvəl ölkəsinə dönür. Onun hava limanında həbsi gözlənilir. Təəssüf, çünki onun seçkidən kənar qalması təşviq etdiyi "ağıllı səsvermə" prinsipinin səmərəsini azaldacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

“İndiyədək Navalnı saxtakarlığa baxmayaraq hər kəsi seçkidə iştirak etməyə və hakim partiyadan başqa istənilən partiyaya səs verməyə çağırırdı. Həbs olunsa, bu üsul lazımi nəticəni çətin göstərə. Amma güman edirəm Navalnı nə iş gördüyünü yaxşı bilir, çünki biz Rusiyanın daxili siyasəti haqda onun qədər məlumatlı ola bilmərik” – İ.Məmmədov bildirib.

Tarix: 17 Yanvar 2021, 20:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin