BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər Şuşaya "İsgəndər" atıb - VİDEO

44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq "Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur" açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin ağ yalan danışdıqlarını elə özləri etiraf ediblər.

 

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət İdarəsinin sabiq rəisi Movses Hakopyan demişdi ki, müharibə günlərində erməni tərəfi "İsgəndər" operativ-taktiki raket kompleksindən istifadə edib.

 

"Bilirəm ki, "İsgəndər"dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı - deyə bilmərəm", - M.Hakopyan söyləyib.

 

Ermənistandakı "Adekvad" siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi "İsgəndər"dən noyabrın 7-də istifadə edib.

 

"Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb", - A.Danielyan bildirib.Day.az

 

Tarix: 18 Yanvar 2021, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin