BURADA REKLAMINIZ OLA
BİLƏR

“O qədər gənc var ki, gedib toylarda oxuyarlar” - Ruhəngiz Allahverdiyeva

Əməkdar artist Ruhəngiz Allahverdiyeva pandemiya bitəndən sonra toylara getməyəcəyini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” proqramında məlumat verib. 65 yaşlı müğənni başqa sahələrdə çalışaraq pul qazanacağını qeyd edib:

 

“Pandemiya başlayandan əhvalım yoxdur. Pul düşkünü olmamışam. Allah hamıya qədərində pul versin. Heç vaxt deməmişəm ki, Allah, mənə pul çox ver. Demişəm, qədərində, övladıma və özümə lazım olacaq dərəcədə pulum olsun.

 

Əvvəl hər gün toya gedirdim, pul qazanırdım. Çıxan kimi marketə qaçırdım. Bu gün pul yoxdur, amma yenə çörək var. Çünki vaxtında savab işlər etmişəm.

Amma bundan sonra toy görmürəm. Çalışacam başqa sahədə pul qazanım. O qədər gənc var ki, gedib toylarda oxuyarlar”.

 

Tarix: 18 Yanvar 2021, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin