BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənov danışdı

"Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə,  mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda və "çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində  "Əli Həsənov tutularaq Azərbaycana gətirildi”  başlıqlı növbəti yalan yayıblar".

 

Pravda.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, heç bir iş üzrə sorğulanmayıb: "Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar".

Tarix: 18 Yanvar 2021, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin