BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyevdən ÇAĞIRIŞ

“Bildiyimiz kimi, pandemiyanın olması və Vətən müharibəsi ilə əlaqədar olaraq ölkəmizdə qan ehtiyatlarında azalma yaranıb. Bu səbəbdən də, müxtəlif vaxtlarda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüsə Milli Məclisin Gənclər və İdman Komitəsi adından bizdə qoşularaq, artıq ənənəyə çevrilən qanvermə aksiyasına hər birinizi dəvət edirik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

“Yaşatmaq yaşamaq qədər gözəldir şüarı altında keçiriləcək qanvermə aksiyası 19 yanvar tarixində Mərkəzi Qan Bankında saat 10-da başlayacaq. Qanvermə zamanı bütün tibbi-profilaktiki tədbirlər alınacaq. Ünvan: Mirəli Qaşqay küçəsi 87, Nəsimi rayonu (Bakı Sağlamlıq Mərkəzinin yanı)” – A.Əliyev bildirib.

Tarix: 18 Yanvar 2021, 19:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin