BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhlükəli içkilərin adları açıqlandı - SİYAHI

Kardioloq Yusif Ağayev saxta içkilərlə bağlı xəbərdarlıq edib.

 

Pravda.az-ın xəbərinə görə, Y.Ağayev belə içkilərdən bir neçəsinin adını da açıqlayıb: “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak.

 

Bu spirtli içkiləri harda görsəniz uzaq durun. Ən azından bir müddət. Bakıda Viskidən 8 nəfər zəhərlənib zəhərlənənlərdən ikisi ölüb, qalanları isə böyük ehtimal korluqla barışmalı olacaqlar. Spirtli içkilərin tərkib hissəsi olan etanoldan ( etil spirti) fərqli olaraq metanol (metil spirti) qaraciyərdə alkoqol dehidrogenaza fermenti vasitəsi ilə orqanizm üçün çox yüksək zəhərli olan formaldehidə çevrilir və bu da qəbul olunmuş spirt miqdarından aslı olaraq ölümə və ya yüngül formalı zəhərlənmələrdə görmə sinirlərinin zədələnməsi nəticəsində korluğa səbəb olur. 15 ml ( el dili ilə desək 15 qram ) metanol öldürücü təsir üçün yetərlidir".

Tarix: 6 Yanvar 2020, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin