“Şou-biznes cameəsində hər gün yumurtlayan toyuqlar var”

"Şou-biznesdə toyuq və xoruzlar çoxdur. Bəzi sənətçilər bir az xoruzlanan kimi hasarın o biri tərəfindən baxıb, susdururam”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) “Fəlidən doğru xəbər” verilişində qonaq olarkən deyib.

 

Prodüser şou-biznes nümayəndələrini təhqir etməkdən çəkinməyib:

 

“Bəzi sənətçilər bir az xoruzlanan kimi hasarın o biri tərəfindən baxıb, susdururam. Onu da qeyd edim ki, şou-biznes cameəsində ildə 2 dəfə və hər gün yumurtlayan toyuqlar var. Yəni müğənnilərin bəziləri bir ildə 2 dəfə, digərləri isə hər həftə yeni layihələrini təqdim edirlər. Mən çox işləyən sənətçilərə məhsuldar toyuqlar deyirəm və onları dəstəkləyirəm".

 

Tolik prodüser həmkarlarına da söz atmağı unutmayıb:

 

 "Prodüser olmaq üçün zirək olmalısan, yaxşı əlaqələrin olmalıdır. Prodüser hansısa müğənninin sponsoru ilə oturmamalıdır. Eyni zamanda ona "ata" deməməlidir".

Tarix: 19 Yanvar 2021, 00:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin