Daha bir qadağa aradan qaldırıldı

Yanvarın 25-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə də icazə veriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair yanvarın 16-da qəbul etdiyi qərarda repetitor kurslarının fəaliyyətinə icazə verilməsi də nəzərdə tutulur. (Bu barədə həmin gün məlumat açıqlanmamışdı - red.)

 

Qərara əsasən, fəaliyyət bərpa olunan iş və xidmət sahələrinin sırasında fərdi tədris və repetitor xidmətləri də var.

 

Repetitorların fəaliyyərinə böyük qruplar halında məşğələlər aparmamaqla icazə verilir. Belə ki, hazırlıq qruplarında maksimum 9 şagird məşğul ola bilər, bundan artıq şagirdin məşğələlərə cəlb olunması karantin rejiminin pozulması hesab ediləcək.Virtualaz.org

Tarix: 19 Yanvar 2021, 01:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin