BURADA REKLAMINIZ OLA
BİLƏR

“Antimilli ünsürlərin boynundakı kəndir ermənilərə dəstək verənlərin əlindədir” - Deputat

“Azərbaycan 44 günlük Vətən Müharibəsində misilsiz qələbə qazandı. Bəzi radikal anti-milli ünsürlər, onların havadarları bu böyük qələbəyə kölgə salmağa cəhd etdilər. Milli Şuranın üzvləri, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Sevinc Osmanqızı və digər bu kimi ermənipərəst qüvvələrə xidmət edənlər qələbəni qəbul edə bilmirlər. Onların 1992-1993-cü ildə hakimiyyətdə olduqları zaman xalqa etdikləri xəyanətlər unudulmayıb. Ermənilərin Azərbaycana qarşı yaydığı tezisləri bu antimilli ünsürlər də yayırlar”.

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, bu şəxslər mənəvi dəyərləri ayaq altına atıblar: “Onlar torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhunu incidirlər. Bu, xəyanətdir. Unutmasınlar ki, onların xəyanəti ucbatından torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Qəhrəmanlarımızın şücaətini kiçildə bilməzlər. İstəyirlər ki, ölkədə milli birlik olmasın. Çünki havadarlarından tapşırıq alıblar. Xalqın vahid mövqedən çıxış etməsi Azərbaycanı daha qüdrətli edir. Xəyanətkarlar bilməlidirlər ki, Azərbaycan xalqı onların silib, süpürüb, tarixin zibilliyinə atıb. Ömürlük orada da qalacaqlar. O insanlar 1990-cı illərdə hansı şüurda idilərsə, indi də o cür qalıblar”.

 

C.Osmanov qeyd edib ki, Əli Kərimli heç bir fəaliyyət növü ilə məşğul deyil, amma cangüdəni, bahalı avtomobili var, oğlu İngiltərədə yaşayır: “Digərləri də belədir. Xaricdə oturub söyüş, təhqir ritorikasından istifadə etmək Əli Kərimlinin vasitəsi ilə olub. Dəfələrlə çağırış etmişəm ki, bu şəxslər əməllərinə görə qanun çərçivəsində cavab versinlər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, dünyada ikili standartlar var. Gördük ki, Azərbaycanın haqlı savaşında necə təzyiq oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu təzyiqlərə sinə gərdi. Antimilli ünsürlərin də boynundakı kəndir ermənilərə dəstək olanların əlindədir. Xalq müharibə vaxtı elə birlik nümunəsi ortaya qoydu ki, bunların cəfəngiyyatları fayda vermədi. Xalq onların qiymətini verib, tarixin zibilliyindədirlər”.

Tarix: 19 Yanvar 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin