BURADA REKLAMINIZ OLA
BİLƏR

Çörək sexi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Fridun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib.

 

AQTA-dan verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

 

Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Tarix: 19 Yanvar 2021, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin