Vilayət Eyvazov Toğrul Nəsirliyə yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin bölməsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli vəzifəsindən azad olunaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektor təyin edilib.

 

Qeyd edək ki, BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Namidan Piriyevdir.

 

Report

 

Tarix: 19 Yanvar 2021, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin