"Kasıba ərə getmərəm" deyən Pərvinə əsgərdən cavab: “Sənin nəslini kasıb oğlanlar qoruyur”

Bir müddət öncə aktrisa Pərvin Abıyeva "İnstaqram" hesabında canlı yayım zamanı dediyi "Heç bir qız kasıb oğlana ərə getmək istəməz" cümləsi gündəm yaratdı.

 

Pravda.az-ın məlumatına görə, sosial şəbəkələrdə geniş müzakirəyə çevrilən xəbərə cəbhədəki əsgərimizdən cavab gəlib. O, video çəkərək aktrisaya cavab verib.

 

Videoda əsgər "Eşitdim Pərvin Abıyeva deyib ki, kasıb oğlana ərə getmək istəmərəm. Mən də Pərvin Abıyevaya demək istəyirəm ki, sənin bütün nəslini qoruyan bu kasıb oğlanlar olub" - sözlərini deyib.

 

Big.az

Tarix: 19 Yanvar 2021, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin