“Təsəvvür edin, bir ilə yaxındır biz sənətçilər işləmirik, çətindir” – Afaq Bəşirqızı

Ötən həftə Anar Kərimov mədəniyyət naziri təyin olundu.

 

Xalq artisti Afaq Bəşirqızı nazirlikdəki yeni təyinatla bağlı gözlənti və təkliflərini saytımıza danışıb.

 

Sənətçi yeni nazirin mədəniyyət sahəsi üçün konsepsiyası olacağını bildirib:

 

“Mən bilirəm ki, Anar Kərimovun mədəniyyət sahəsi ilə bağlı öz konsepsiyası var. Son zamanlar həm müharibə, həm də pandemiya mədəniyyətə çox  böyük ziyan vurdu. Təsəvvür edin, bir ilə yaxındır biz sənətçilər işləmirik, bir az çətindir. Amma inanıram ki, bunlar hamısı düzələcək. İstəyirəm ki, hər şey yaxşı olsun”.

 

Xalq artisti son vaxtlar ciddi müzakirələrə səbəb olan fəxri adlar məsələsinə də toxunub:

 

“Mədəniyyət sahəsindəki fəxri ad məsələlərinə heç vaxt  dəymirəm, heç dəymək də istəmirəm. Çünki aktyorun hər zaman gözlədiyi şey gül-çiçək dəstəsi, alqış, bir də fəxri adlardır. Ona görə heç kəsin xətrinə dəymək istəmirəm. Kim haqq edib alıb, kim yerində almayıbsa, mən onlara nəsə demək istəmirəm. Bəziləri fəxri ad məsləsinin Sovetdən qalma olduğunu, ləğv olunmasını təklif etsə də mən bununla razı deyiləm. Məncə, mütləq fəxri adlar olmalıdır”.

 

Yenisabah.az

Tarix: 19 Yanvar 2021, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin