Avtomobillərinin ili köhnə olan sürücülərin NƏZƏRİNƏ

“Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub”.

 

Pravda.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib. O bildirib ki, bununla bağlı müvafiq qurumlar tərəfindən utilizasiya proqramı hazırlanıb: “Artıq proqram razılaşdırma prosesinin son mərhələsindədir. Utilizasiya proqramı işə düşdükdən sonra artıq  avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə  edəcəyik”.

Tarix: 19 Yanvar 2021, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin